Abşeronda ağır QƏZA - 5 yaralı

Abşeronda ağır QƏZA - 5 yaralı

Hazırda oxunan: Abşeronda ağır QƏZA - 5 yaralı

79165

Goradil qəsəbəsində ağır yol-nəqliyyatı hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, Pirşağı-Goradil yolunda qeydə alınıb.

“Lada” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu sükana nəzarəti itirərək avtomobili aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1986-ci il təvəllüdlü Rüstəmova Könül Vaqif qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlu müxtəlif bədən xəsarətləri alıb. 

Xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb. 

KTM-in mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin reanimasiya şöbəsinə, bir nəfər travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO