Gəncədə texno bilikli gənclərlə görüş keçirildi - FOTO 

Gəncədə texno bilikli gənclərlə görüş keçirildi - FOTO 

Hazırda oxunan: Gəncədə texno bilikli gənclərlə görüş keçirildi - FOTO 

79161

“Azərbaycanın gələcəyi savadlı və bacarıqlı gənclərin əllərindədir. Məhz buna görə də bu gün ölkəmizdə təhsilin inkişafına, ixtisaslı kadrların hazırlanmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir”.  

Bu fikirləri “Texnofest – Azərbaycan”, XVII Beynəlxalq Jautika, Beynəlxalq Kimya və Beynəlxalq Mendeleyev olimpiadaları, “Sabahın alimləri” Respublika Müsabiqəsi və İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edərək uğur əldə edən şagirdlərlə görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib.  

Bizim. Media-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbəri qeyd edib ki, elm və texnikanın gündən-günə inkişaf etdiyi bir dövrdə gələcək müasir texnologiyalar əsri olacaq və bu gün belə bilikli gənclər ölkəmizi bütün dünyada tanıdacaqlar.

Niyazi Bayramov şagirdləri əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edib, uğurlar arzulayıb və hədiyyələr təqdim edib.  

Xatırladaq ki, “Texnofest – Azərbaycan” festivalında “DN4” layihəsi ilə iştirak edən Gəncə şəhər 26 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Budaqova və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Nuray Əliyeva "Baku skills" kateqoriyası üzrə I yerə, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin "Metaverse" komandası isə II yerə layiq görülüb.  

Məqsəd Rəhimov, Bizim.Media, qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO