Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həyatını itirib – ÖZƏL/FOTO  

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həyatını itirib – ÖZƏL/FOTO  

Hazırda oxunan: Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həyatını itirib – ÖZƏL/FOTO  

79132

Kəlbəcərdə Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə vəfat edib.  

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisənin ötən gün baş verdiyi bildirilir.  

Bildirilir ki, hərbi hissənin ərazisində Xaçmaz rayonunun Xudat kənd sakini 2003-cü il təvəllüdlü - əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində dünyasını dəyişib.  

Xudat şəhər nümayəndəsi Budaq Əliyev faktı təsdiqləyib. O, mərhumun nəşinin rayona hələ gətirilmədiyini deyib. 

Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyi bu məsələ ilə bağlı hələlik məlumat açıqlamayıb. 

Allah rəhmət eləsin.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO