Salyanda güclü külək sakinləri işıqsız qoydu - FOTO

Salyanda güclü külək sakinləri işıqsız qoydu - FOTO

Hazırda oxunan: Salyanda güclü külək sakinləri işıqsız qoydu - FOTO

79104

Bu gün axşam saatlarından əsən  güclü külək Salyan rayonunda fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 10-15 dəqiqə davam edən güclü külək nəticəsində Salyan şəhərində bir neçə ağac aşıb. 

Əliağa Kürçaylı küçəsində aşan ağac yolun üzərinə düşdüyündən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Həmçinin, külək elektrik təsərrüfatlarına da ziyan vurub. Şəhərin H. Əliyev, Ə. Kürçaylı, T. Xəlilbəyli və N. Nərimanov küçəsinin sakinləri 2 saatdan çox işqsız qalıb. Aidiyyati qurumlar tərəfindən aşan ağaclar ərazidən götürülüb, elektrik naqilləri bərpa olunub. 

Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO