Görmə imkanı məhdud şəxslərə xidmətlər göstərildi - FOTO

Görmə imkanı məhdud şəxslərə xidmətlər göstərildi - FOTO

Hazırda oxunan: Görmə imkanı məhdud şəxslərə xidmətlər göstərildi - FOTO

79089

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçən il və cari ilin ötən dövründə görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 4 mərtəbəli binadan ibarətdir.

Burada üzgüçülük hovuzu, idman və akt zalları, yataq, tibb və reabilitasiya otaqları vardır.
Şöbədə müvafiq kateqoriyadan olan 5-29 yaşlı şəxslər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.

Görmə imkanı məhdud şəxslər üçün həmçinin kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər də təşkil olunur.

Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı da göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO