Azərbaycanda gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK - ÖZƏL

Azərbaycanda gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK - ÖZƏL

Hazırda oxunan: Azərbaycanda gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK - ÖZƏL

79084

Azərbaycanda bəzi orta məktəblərin 6 günlük tədris həftəsinə keçirilməsi planlaşdırılır. Buna səbəb məktəblərdə şagird sıxlığıdır. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq bununla bağlı orta ümumtəhsil məktəblərinə təlimatlar verilib. 

Mənbənin sözlərinə görə, məktəblərdə şagird tutumundan çox sayda şagirdin təhsil alması bir növbəlilik sisteminin davam etdirilməsinə imkan vermir. Bu səbəbdən 6 günlük tədris həftəsinə keçidlə bağlı sistemin işə düşməsi üçün ciddi işlər gedir. 

Belə ki, növbəti tədris ilindən etibarən bütün siniflər üzrə dərs saatlarının sayı azaldılmaqla 6 günlük tədrisə başlanılacaq.

Məsələni Təhsil Nazirliyi ilə dəqiqləşdirməyə çalışsaq da, sorğumuz cavablandırılmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO