Şirvanda əməliyyat: Keçmiş məhkum narkotiklə saxlanıldı

Şirvanda əməliyyat: Keçmiş məhkum narkotiklə saxlanıldı

Hazırda oxunan: Şirvanda əməliyyat: Keçmiş məhkum narkotiklə saxlanıldı

79064

Şirvanda polis əməliyyat keçirib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb. 
Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb. 

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO