İyunun 9-dan 11-dək DİM tərəfindən 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib və qiymətləndiriblər.
Qabiliyyət imtahanında hər bir bakalavra 30 dəqiqə vaxt ayrılıb.
Qabiliyyət imtahanında iştirak edən 33 bakalavrdan 4-ü imtahanda iştirak etməyib, 29-u “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb.
Bakalavrlar iyun ayında keçiriləcək ixtisaslaşma seçimi müddətində jurnalistika üzrə 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 13.06.2022
Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirilib
Hazırda oxunan: Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirilib
Hazırda oxunan: Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirilib
79011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.