Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.
Bizim.Media Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.
“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.
Maraqlıdır ki, aşağıbüdcəli reyslər yerinə yetirən “Pegasus” şirkəti bu ilin oktyabr ayına kimi həftənin 3 günü Alanya-Bakı marşrutu üzrə uçuşları planlaşdırsa da, səbəbini ictimaiyyətə açıqlamadan bu reysləri ləğv edib.
Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.
Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 13.06.2022
Bakı-Alanya reysi ləğv edildi – Yayın sonunadək
Hazırda oxunan: Bakı-Alanya reysi ləğv edildi – Yayın sonunadək
Hazırda oxunan: Bakı-Alanya reysi ləğv edildi – Yayın sonunadək
79008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.