Psixoloq yardımı alan şəhid və qazi ailələrinin sayı açıqlandı

Psixoloq yardımı alan şəhid və qazi ailələrinin sayı açıqlandı

Hazırda oxunan: Psixoloq yardımı alan şəhid və qazi ailələrinin sayı açıqlandı

78999

Vətən müharibəsindən sonra ötən ilin fevral ayının 28-nə kimi psixoloq və psixiatrlar 2 951 şəhid və qazi ailəsinə baş çəkib.

Bizim.Media xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxslərin ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib:
"Onlardan 2 455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbiçilər və onların ailə üzvləri olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO