SSRİ-nin Baş katibi Leonid Brejnevin çoxsaylı məşuqələrini necə “məmnun” etməsi barədə İLGİNC FAKTLAR

SSRİ-nin Baş katibi Leonid Brejnevin çoxsaylı məşuqələrini necə “məmnun” etməsi barədə İLGİNC FAKTLAR

Hazırda oxunan: SSRİ-nin Baş katibi Leonid Brejnevin çoxsaylı məşuqələrini necə “məmnun” etməsi barədə İLGİNC FAKTLAR

78984

18 il SSRİ-nin baş kürsüsündə əyləşən Leonid Brejnev təkcə siyasi fəaliyyəti ilə deyil, həm də “maraqlı” həyat tərzi, əyləncələri, xüsusilə də qadınlara olan böyük “sevgiləri” ilə yadda qalıb.

Leonid İliç hələ çox gənc yaşlarından siyasi fəaliyyətindəki durğunluqdan fərqli olaraq qadınlarla münasibətdə daha çılğın və həvəsli olub. Baş katibi bu həvəs ömrünün son günlərinə qədər tərk etməyib.

Brejnevin qadın əyləncəsinə meyilli olması çox gənc yaşalrandan başlayıb.

Məclislərdə təşəbbüsü ələ alması, şənlik yaratmaq bacarığı, oxumağı, rəqsi ilə fərqlənən Brejnev həm də geyiminə, səliqəsinə, saç düzümünə xüsusi diqqət yetirib. Həmişə şık formada olan Brejnevin yaraşığı hətta Stalinin də diqqətindən yayınmayıb.
Stalindən Brejnevə kompliment

1952-ci ildə partiyanın 19-cu qurultayında Stalinin müttəfiq respublikaların birinci katibləri ilə ayrıca görüşü olub. O, Brejnevlə əl tutduqdan sonra (həmin dövrdə Brejnev Moldoviyanın birinci katibi olub) təbəssümlə deyib:

- Necə də yaraşıqlı moldovandır...

Brejnevin qadın şakəri o dərəcəyə çatıb ki, bir neçə dəfə həyat yoldaşı Viktoriya Petrovna ilə ayrılmaq məsələsi gündəmə gəlib. Ancaq birinci xanımın təmkini, səbri ailənin bötüvlüyünü qoruya bilib.

Brejnev əyləndiyi qadınlara qarşı həm də çox səxavətli olub. İstənilən xahiş baş katib tərəfindən dərhal həllini tapıb.

Brejnevin səxavəti təkcə mənzil hədiyyəsi ilə yekunlaşmayıb. O, sevdiyi qadınların ailələrindəki problemləri də həll edib. Birinin ərinin çiyinlərinə general rütbəsi taxıb, digərinin qızını səfirlikdə işə təyin edib, bir başqasının oğlunun ali təhsil almasında köməklik göstərib.

18 il ölkəni dəyişməz olaraq idarə edən Leonid İliç Brejnev yaxınları tərəfindən  daha çox təcrübəli qadınbaz və gözəl xanımların qəlbinin ovçusu kimi də tanınırdı.

Baş katib son gününə qədər potensialını necə saxlaya bilmişdi?

Baş katibin intim həyatının təfərrüatları, eləcə də sovet həkimlərinin gizli inkişafı yalnız indi məlum olur ...

Nəzərə alaq ki, SSRİ rəhbərinin səhhətinin vəziyyəti həmişə xüsusi əhəmiyyət kəsb edib və sirr kimi saxlanılıb. Çünki təkcə ölkədə deyil, bütün dünyada milyonlarla insanın taleyi onun nə qədər bacarıqlı olmasından asılı idi. 
Qeyd etmək lazımdır ki, Brejnev ümumi sağlamlıq vəziyyətindən əlavə, özünün, belə desək, cinsi potensialından çox narahat idi. Axı, o artıq cavan deyildi, illər öz sözünü demişdi.  Ancaq Leonid İliç, əvvəlki kimi, başqa bir romantikaya başlamağa qarşı deyildi.

Ona görə də onun yaxın çevrəsini ən çox düşündürən sual  "kişi" imkanlarını necə gücləndirmək və yeni bir ehtiras qarşısında  pərt olmamaq idi.

Brejnev ən çox nədən qorxurdu?

Baş katibə yaxın adamların ifadəsinə görə, Brejnev “kişi” impotensiyasının başlanmasından çox qorxurdu. Baş katibin zəif potensialla əlaqəli psixoloji pozğunluqları və nəticədə sevgi sahəsindəki uğursuzluqlar Leonid İliç Brejnevin ümumi sağlamlığına son dərəcə mənfi təsir göstərdi.

Buna görə də, liderin yaxın ətrafı təbii və tam potensialı bərpa etmək üçün cihazdan istifadə etməyə qərar verdi. Bundan əvvəl belə bir cihaz yalnız astronavtların kişi sağlamlığını bərpa etmək üçün istifadə olunurdu.
Məhz onlar üçün belə bir cihaz əvvəlcə yaradılmış, çoxsaylı sınaqlardan keçmiş və inanılmaz nəticələr göstərmişdir. Bütün sınaqlar “GİZLİ” başlığı altında həyata keçirilib.

Bu cihazın səmərəliliyinə görə hələ də dünyada analoqu yoxdur. Təsadüfi deyil ki, bu cihazın tədqiqatçıları vaxtilə dövlət mükafatlarına layiq görülüblər. Və bu gün, uzun illərdən sonra, o dövrün bütün gizli sənədləri ictimaiyyətə açıq olduqda, müasir tibb bu cihaza çıxış əldə etdi. 

Brejnevin ehtiraslı öpüşlərində kimlər canını qurtarıb?

Brejnev davamlı dərman qəbul etdiyi üçün bəzən özünü unudurdu. Təkcə qadınları deyil, kişiləri də ehtirasla öpürdü. 1970-ci illərdə SSRİ məkanında "üçqat Brejnev"in nə demək olduğunu bilməyən adam yox idi. Brejnev qarşı tərəfin sağ və sol yanaqlarını sonra isə dodağını öpürdü. 
O zamanlar digər ölkələrin liderləri üçün əsas problem Leonid İliçin ehtiraslı öpüşlərindən can qurtarmaq idi. Kuba lideri Fider Kastro Brejnevin öpüşlərindən can qurtarmaq üçün hər dəfə görüşə gələndə barmaqları arasında siqara tuturmuş...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO