Keçmiş məhkum yarım kilo narkotiklə saxlanıldı - FOTO

Keçmiş məhkum yarım kilo narkotiklə saxlanıldı - FOTO

Hazırda oxunan: Keçmiş məhkum yarım kilo narkotiklə saxlanıldı - FOTO

7896

Xızıda keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO