FHN-dən əhaliyə MÜRACİƏT: “Bu ərazilərdən uzaq durun”

FHN-dən əhaliyə MÜRACİƏT: “Bu ərazilərdən uzaq durun”

Hazırda oxunan: FHN-dən əhaliyə MÜRACİƏT: “Bu ərazilərdən uzaq durun”

78887

İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

MÖVZU İLƏ BAĞLI:

Daşkəsəndə qasırğa - Körpülər uçdu, mərkəzlə əlaqə kəsildi - VİDEO


Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO