İtaliyalı yazıçının Bakıdan PAYLAŞIMI - FOTO

İtaliyalı yazıçının Bakıdan PAYLAŞIMI - FOTO

Hazırda oxunan: İtaliyalı yazıçının Bakıdan PAYLAŞIMI - FOTO

78851

Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləmək üçün İtaliyanın məşhur blogeri, yazıçı Andrea Dal Corso da Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, o, 803 minlik İnstagram səhifəsində Bakı ilə bağlı paylaşım edib.

“Heç vaxt  iki gediş üçün bu qədər həyəcanlanmamışdım !! Sürət üçün iki yarış olacaq.  Siz artıq birinci haqda bilirsiniz. Bizim BodyHACK bazar ertəsindən başlayır! Digəri isə Bakıda: F1 GP 2022 bu möhtəşəm şəhərin mənzərəsində!

Tarix, dizayn və texnologiya bir vəhdətdə! Ümid edirəm ki, bu sehrli yerdən bəzi duyğuları çatdıra biləcəyəm! Ferrarinin gücü”, deyə o yazıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 12-də başa çatacaq.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO