“Yüksəliş” müsabiqəsi iyun ayının 11-də əyani mərhələnin imtahanlarına başladı.
Bizim.Media xəbər verir ki, imtahanlar Bakı şəhərində təşkil olunmuş 5 imtahan mərkəzində keçirilir.
Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1202 nəfər iştirak etmək haqqı qazanıb.
Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir.
Qabiliyyət üzrə yoxlama imtahanı abstrakt və məntiqi düşüncə üzrə 25, rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 25, verbal məlumatların təhlili üzrə 6 mətn olmaqla 24 sualdan ibarətdir.
2 saat ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi doğru cavabların sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50 faizini təkrar etməlidir.
Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.
Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ında iştirakçılara qərarların verilməsi üzrə 20 situasiya və 29 sual, təndiqi düşüncə üzrə 20 tapşırıq və 60 sual, layihələrin, o cümlədən, iş prosesinin idarə edilməsi üzrə 20 situasiya və 30 sual, social intellekt kateqoriyası üzrə isə 20 situasiya və 36 sual təqdim olunacaq. İmtahana ümumilikdə 4 saat vaxt ayrılacaq.
Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur.
Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:14 / 11.06.2022
“Yüksəliş” müsabiqəsi imtahanlarına start verildi
Hazırda oxunan: “Yüksəliş” müsabiqəsi imtahanlarına start verildi
Hazırda oxunan: “Yüksəliş” müsabiqəsi imtahanlarına start verildi
78772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.