Daşkəsən rayonu ərazisində 10 iyun saat 19:00 radələrində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü sökülüb dağılıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan vurulub, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndləri ərazisindəki körpüləri söküb dağıtmış, həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib:
“Kənddaxili və kəndlərarası avtomobil yollarının xeyli hissəsi sıradan çıxararaq tam yararsız vəziyyətə düşüb, 4 şəxsi avtomobili və 2 kəndlərarası işləyən avtobusu sel sularının axını aparıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanaraq elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb”.
Həmçinin qeyd olunub ki, Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 11.06.2022
Daşkəsəndə qasırğa - Körpülər uçdu, mərkəzlə əlaqə kəsildi - VİDEO
Hazırda oxunan: Daşkəsəndə qasırğa - Körpülər uçdu, mərkəzlə əlaqə kəsildi - VİDEO
Hazırda oxunan: Daşkəsəndə qasırğa - Körpülər uçdu, mərkəzlə əlaqə kəsildi - VİDEO
78743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.