Dövlət Xidməti

Dövlət Xidməti "AZAD QADIN" heykəli ilə bağlı açıqlama verdi - ÖZƏL  

Hazırda oxunan: Dövlət Xidməti "AZAD QADIN" heykəli ilə bağlı açıqlama verdi - ÖZƏL  

78737

Qadını azad olmayan cəmiyyət inkişaf edə bilməz.  

Azərbaycanda qadın azadlığı mövzusunda yaradılan ən uğurlu sənət əsərlərindən biri Cəfər Cabbarlının “Sevil” əsərinə ithafən istedadlı heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılan, hazırda Bakı şəhərində, “Nizami” metrostansiyasının qarşısında ucalan “Azad qadın” heykəlidir.  

Məlumat üçün qeyd edək ki, “Azad qadın” heykəli 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir.  

Son günlərdə Azərbaycan qadının azadlıq simvolu olan bu sənət əsərinin hasara alınması  şəhər sakinlərinin narahatlığına səbəb olub.  

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya bildirib ki, “Azad qadın” heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.  
 

“Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər, onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.  


“Azad qadın” heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO