Hadrutda küçələrə Azərbaycan adları verildi - FOTO

Hadrutda küçələrə Azərbaycan adları verildi - FOTO

Hazırda oxunan: Hadrutda küçələrə Azərbaycan adları verildi - FOTO

7873

İşğaldan azad olunan Hadrut qəsəbəsində bərpa işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, hazırda qəsəbə ərazisində istiqamətverici nişanlar quraşdırılır.

Həmçinin ərazidə yer adları əks olunan lövhələrin vurulmasına başlanıb.

Qəsəbədə artıq infrastruktur bərpa işlərinə də start verilib. İlkin mərhələdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzvləri qəsəbədə ünvanları təyin edib, küçə adları bərpa olunub.

Küçə adları divarlara vurulur. Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olan şəxslərin adları verilib. (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO