Zaqatalada ağır QƏZA: 2 yaralı

Zaqatalada ağır QƏZA: 2 yaralı

Hazırda oxunan: Zaqatalada ağır QƏZA: 2 yaralı

78725

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. 

Bizim.Media-nınverdiyi xəbərə görə, hadisə iyunun 10-u axşam saat 22 radələrində rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.

Balakən rayon sakini 1957-ci il təvəllüdlü Şahruddin Nəcməddin oğlu Yüzbaşovun idarə tediyi “VAZ 21011” markalı minik avtomobili ilə Zaqatala rayon sakini Əhməd Qulməhəmməd oğlu Qurbanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan N. Yüzbaşov və VAZ 2106 markalı avtomobildə olan sərnişin Zaqatala rayon sakini Rahilə Süleyman qızı Qurbanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO