Sumqayıtda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

78693

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə, şəhərin 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO