Mətbuat Şurasında “Beynəlxalq Mediada Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO

Mətbuat Şurasında “Beynəlxalq Mediada Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO

Hazırda oxunan: Mətbuat Şurasında “Beynəlxalq Mediada Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO

78664

Mətbuat Şurasında “Beynəlxalq Mediada Azərbaycan” mövzusunda geniş tədbir düzənlənib.

Bizim.Media xəbər verir ki, tədbir “Ulus” Fəxri Ödüllər Fondunun təşkilatçılığı ilə baş tutub.

Layihə rəhbəri Əlisəfa Mehdiyev layihə çərçivəsində dəyirmi masada aparılan söhbətlərin və müzakirəyə çıxarılacaq mövzuların Azərbaycan mediası üçün əhəmiyyətini qeyd edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov layihənin perespektivləri və yarada biləcəyi yeni imkanları diqqətə çəkib.

Rusiya mediasında Azərbaycan həqiqətləri mövzusunda çıxış edən, Rusiyada yaşayan azərbaycanlı politoloq-jurnalist Anar Həsənova isə Rusiya mediasını Azərbaycanla bağlı maraqlandıran mövzuları sadalayıb. O bildirib ki, Rusiyada Azərbaycan problematikası deyəndə ilk yeri Neft və Qaz mövzusu tutur.

Daha sonra Qarabağ mövzusunu qeyd edən jurnalist, bu mövzunun Rusiyada bütün bloklarda aktiv olduğunu vurğulayıb.

O söyləyib ki, Azərbaycan-Türkiyə münasibətləri də hal-hazırda Rusiya mediasının ən çox fokuslandığı mövzular sırasındadır.

Anar Həsənov bir məqamı xüsusi qeyd edib ki, uzun illər öncə Rusiya mətbuatının ən çox yazdığı  və əsasən neqativ çalarlarla gündəmə gələn “Azərbaycan miqrantları” mövzusu artıq rus mediasının maraq dairəsində deyil və bu kimi mövzulara orada daha  müraciət olunmur.

Rusiya mətbuatına nüfuz və Azərbaycan həqiqətlərini doğru şəkildə Rusiya ictimayyətinə çatdırmaq üçün Anar Həsənov Rusiyadakı Azərbaycan diasporunun Azərbaycanın Rusiyadakı səfirliyi  ilə birgə işləməsinin vacibliyini vurğulayıb və bu mənada orada fəaliyyət gösrtərən azərbaycanlıları aktiv olmağa çağırıb.
Layihənin yekunları ilə bağlı slaydın nümayişini şərh edən Əlisəfa Mehdiyev Azərbaycan həqiqətlərinin Rusiya mediasına nüfuzu üçün lazım olan məqamları  detallı şəkildə izah edib.

Layihə ilə bağlı keçirilən tədbirdə həmçinin “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Avropa Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və jurnalist İlham  İsmayıl mövzu ilə bağlı çıxış ediblər. 

Tədbirin sonunda Anar Həsənova “Ulus” Fəxri Ödüllər Fondunun diplomu təqdim edilib. 

Leyla Şah, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO