Dövlət imtahanı ləğv olunmayacaq – Təhsil eksperti AÇIQLADI

Dövlət imtahanı ləğv olunmayacaq – Təhsil eksperti AÇIQLADI

Hazırda oxunan: Dövlət imtahanı ləğv olunmayacaq – Təhsil eksperti AÇIQLADI

78663

Bir neçə gündür ki, Azərbaycan universitetləri və kolleclərinin dördüncü kurs tələbələri Təhsil Nazirliyinə yazılı və şifahi olaraq pandemiya və digər əsaslı səbəblərə görə yekun attestasiyanın təyin olunmasının ləğvi üçün müraciət edirlər. 

On minlərlə gənc keçən il ləğv olunan dövlət imtahanının bu il keçirilməsindən narazıdır. Buna səbəb kimi isə pandemiyanın yaratdığı şərtlərdən dolayı yaranmış tədris prosesidir. Ona görə də dövlət imtahanı vermədən diplom almaq istəyən tələbələrin müraciəti bəzi hallarda cəmiyyət tərəfindən də dəstəklə qarşılanıb.

Bizim.Media-ya məsələ şərh edən təhsil eksperti Elşən Qafarov bildirib ki, dövlət imtahanı ali təhsil müəssisələrində təhsil alanların attestasiyadır:

“Təhsil haqqında qanuna uyğun olaraq, o cümlədən də ali təhsil müəssisələrində təhsil alanların attestasiya qaydalarına uyğun olaraq dövlət imtahanını verdikdən sonra onlara imtahanın nəticələrinə uyğun olaraq diplom verilir. Dövlət imtahanı ləğv edilməsi attestasiyanın ləğv edilməsi deməkdir”.

Ekspert onu da qeyd edib ki, dövlət imtahanının mahiyyəti Azərbaycan təhsil sistemi ilə toqquşur:

“Burada iki nüans var. Birincisi, əgər biz 28 il qabaq Boloniya sisteminə keçmişiksə, orta və ali təhsil müəssisələrinin attestasiyasını Boloniya sisteminə uyğun olaraq qurmalıyıq. Dövlət imtahanlarının qalması Boloniya sistemi ilə uyğunlaşmır.

İkinci isə yeni attestasiya qaydaları işlənməlidir. Bu isə Təhsil Naizrliyinin səlahiyyətində olan məsələ deyil. Attestasiya qaydaları Nazirlər Kabineti təsdiq edir.

Ona görə də dğövlət imtahanlarının ləğöv olunması ilə bağlı müraciətlərə qanunvericilikdə dəyişiklik etdikdən sonra geri dönüş etmək olar. İndi isə bu məsələ real görsənmir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO