Bərdədə 17 yaşlı qız zorla qaçırılıb - 4 nəfər tutuldu

Bərdədə 17 yaşlı qız zorla qaçırılıb - 4 nəfər tutuldu

Hazırda oxunan: Bərdədə 17 yaşlı qız zorla qaçırılıb - 4 nəfər tutuldu

78662

Bərdədə 17 yaşlı qız qaçırılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilir ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO