Şamaxıda avtomobil dərəyə aşdı, bir ailənin 5 üzvü yaralandı - FOTO 

Şamaxıda avtomobil dərəyə aşdı, bir ailənin 5 üzvü yaralandı - FOTO 

Hazırda oxunan: Şamaxıda avtomobil dərəyə aşdı, bir ailənin 5 üzvü yaralandı - FOTO 

78645

Bu gün saat 15:00 radələrində Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində, Şamaxı rayonu ərazisində ağır avtomobil qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, İsmayıllı rayonu Zeybət kənd sakini, 1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu 90-ME-312 dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. 

APA-nın məlumatına görə, hadisə zamanı avtomobildə olan bir ailənin 5 üzvü –1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Babayeva Solmaz Ümid qızı, 2021-ci il təvəllüdlü Babayev Məhəmməd Şahin oğlu və onun azyaşlı bacısı, eləcə də uşaqların nənəsi xəsarət alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO