Akif Çovdarovla bağlı məhkəmə başlayır - Əmlakları üzərindən həbs...

Akif Çovdarovla bağlı məhkəmə başlayır - Əmlakları üzərindən həbs...

Hazırda oxunan: Akif Çovdarovla bağlı məhkəmə başlayır - Əmlakları üzərindən həbs...

78636

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və şöbə rəisi, polkovnik Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır. 

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb. 

Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Onlar Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunublar. 

Məhkəmənin hökmü ilə onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. 

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə ötən ay azadlığa buraxılıb. 
Bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya şikayəti üzrə qərar elan edib. Qərara əsasən, kassasiya şikayətinin əmlaklarla bağlı hissəsi təmin olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO