Taksidə kondisionerə görə əlavə haqq tutulmalıdırmı? - Ekspert sürücülərə haqq QAZANDIRDI

Taksidə kondisionerə görə əlavə haqq tutulmalıdırmı? - Ekspert sürücülərə haqq QAZANDIRDI

Hazırda oxunan: Taksidə kondisionerə görə əlavə haqq tutulmalıdırmı? - Ekspert sürücülərə haqq QAZANDIRDI

78634

Bakıda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri təəccüblü halla üzləşib. Belə ki, taksi sifariş verən şəxsdən əlavə 1manat pul tələb edilib. Taksi sürücüsü bunu kondisionerin işləməsi ilə əlaqələndirib. O, hətta bu məqsədlə avtomobilə elan da yerləşdirib. Elanın fotosu sosial şəbəkədə yayılan kimi istifadəçilər tərəfindən böyük müzakirə mövzusuna çevrilib. 
Bəs isti yay günlərində kondisionerə görə sərnişindən əlavə ödəniş tələb olunması nə dərəcədə doğrudur?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, taksi sürücülərinin öhdəlikləri çoxdur və kondisioner üçün tələb olunan ödəniş tam normaldır:
 

MÖVZU İLƏ BAĞLI:

Taksidə qəzaya düşən SƏRNİŞİNLƏR: Onlara dəymiş zərəri kim ödəyəcək? - AÇIQLAMA


“Mən həmin sürücüləri qınamıram, çünki ən azından sürücülük təcrübəsi olan insanlar bu işi yaxşı bilirlər ki, taksi sürücüləri çox əziyyət çəkirlər. Onlar aqreqator, xarici şirkətlərin əlində əsirə çevrilib. Bunun da acısını imkan düşən kimi sərnişindən çıxırlar. Nə vaxta qədər ki, taksi sürücülərinin də hüquqları qorunmayacaq, bu problem davam edəcək. Bu gün taksi sürücüləri üzərində n qədər tələb qoyulub; Fərqlənmə nişanı al, vergi ödə, avtomobili təmiz, saz vəziyyətdə saxla, kreditini ödə və s. Bəs onlar üçün nə şərait yaradılıb? Taksi dayanacaqları varmı? Yox. Çox cüzi taksi meydançaları var. Onların hüquqları da qorunmur. Taksiçilər arxasında erməni iş adamlarının dayandığı “Yandex”, “Uber” və “Maxsim” kimi şirkətlərin əlində əsir-yesir qalıb”.

Ekspert həmçinin bildirib ki, problemin həlli üçün taksi fəaliyyətində vahid tarif siyasəti yaradılmalıdır:
 

“Xarici şirkətlər Azərbaycanda taksilərin qiymətini müəyyənləşdirir. Buna görə də kondisionerə görə, əlavə ödənişlər tələb olunur. Taksi sürücüləri haqlıdırlar, artıq taksilərin qiyməti avtobusdan daha sərfəli çıxır.


Belə istismar etmək doğru deyil. Onların da ailəsi var, pul qazanıb dolanmaq istəyirlər. Kondisioner yananda əlavə yanacaq sərfiyyatı yaranır və sürücü ziyana düşür. Amma işlədiyi şirkət bunu nəzərə almır və öz maraqlarını güdür. Problemin həlli üçün də taksi xidmətində vahid tarif siyasəti yürüdülməlidir. Qiymətləri də kilometrə görə, Nazirlər Kabineti yanında Tarif Şurası müəyyənləşdirməlidir”, deyə E.Muradlı fikrini tamamlayıb.

Səkinə Yusibli, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO