Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni təyinat olub.
Bu barədə Bizim.Media-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.
Qeyd olunub ki, Qoruq İdarəsinin Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmış Tural Novruzov Qoruq İdarəsinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirib. 2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər alıb, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili alıb. 2016- cı ildə Cambridge Univeristetinə qəbul olub və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili alıb. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirib.
Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışıb. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olub, Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib. 2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib.
Bizim.Media
![Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni TƏYİNAT Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni TƏYİNAT](https://bizim.media/file/articles/2022/06/10/1654853799_62a308bcf280462a308bcf2805165485177262a308bcf280262a308bcf2803.jpeg)
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 10.06.2022
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni TƏYİNAT
Hazırda oxunan: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni TƏYİNAT
Hazırda oxunan: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni TƏYİNAT
78602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12