Bu məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmadı 

Bu məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmadı 

Hazırda oxunan: Bu məktəbin heç bir şagirdi ali məktəbə qəbul olmadı 

78565

2021-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20157 şagird bitirib və onların 20082 nəfəri buraxılış imtahanında iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib. 

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 10073 məzunu (imtahanlarda iştirak edənlərin 58.89%-i) tələbə adını qazanıb.

Onların 58.83%-i (5926 nəfəri) dövlət, 2.68%-i (270 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 29.11%-i (2932 nəfəri) dövlət, 9.38%-i (945 nəfəri) isə özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub. 
Qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO