3 min qaziyə əlillik və sosial ödənişlər təyin olundu

3 min qaziyə əlillik və sosial ödənişlər təyin olundu

Hazırda oxunan: 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olundu

78563

“Postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib. 

Anar Bayramov bildirib ki, son 3 ildə 160 mindən çox şəxsə əlillik təyin edilib. 

Onun sözlərinə görə, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib:

“Yekun mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO