“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı iyunun 6-da verilib.
Bizim.Media xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov faktı APA-ya təsdiqləyib.
*** 11.23
“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasına imtina edilib.
Bizim.Media Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs iş icazəsinin olmadığı üçün ölkədə yaşamaq hüququnu da itiriblər.
MÖVZU İLƏ BAĞLI:
"Moskva aydınlıq gətirənə QƏDƏR “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır” – Tofiq Zülfüqarov
Qeyd edək ki, İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.
Bizim.Media