Baxıcı işlədiyi evi qarət etdi – “qazancını” banka yatırıb faiz aldı

Baxıcı işlədiyi evi qarət etdi – “qazancını” banka yatırıb faiz aldı

Hazırda oxunan: Baxıcı işlədiyi evi qarət etdi – “qazancını” banka yatırıb faiz aldı

78529

Bakıda çalışdığı evdən oğurluq edən qadının məhkəməsi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ev sahibinin evindən 178 min manatlıq oğurluq edən xəstə baxıcısı 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib. 

Qeyd edək ki, Nigar Qulamova (ad, soyad şərtidir - red) adlı qadın ötən ilin sentyabrında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 saylı evin mənzillərinin birində insult keçirmiş qadının xəstə baxıcısı kimi fəaliyyətə başlayıb. O, bunun üçün aylıq 700 manat maaş alıb. Nigar ev sahibindən qızıl-zinət əşyaları və 100 min dollar olmaqla, ümumilikdə ev sahibinə 178.000 manat məbləğində maddi ziyan vurub. 

Məhkəmə zamanı o da məlum olub ki, xəstə baxıcısı oğurluq yolu ilə əldə etdiyi puldan 100.000 manatını illik 10 faiz gəlir əldə etmək şərtilə 12 ay müddətinə banka yatırıb. 
Məhkəmədə zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyi üçün Nigardan şikayətçi olmayıb. Qeyd edək ki, Nigarın həyat yoldaşı bıçaqlanma hadisəsinə hazırda görə həbsdədir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO