Sabunçuda 19 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı

Sabunçuda 19 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı

Hazırda oxunan: Sabunçuda 19 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı

78527

Bakıda 19 yaşlı oğlanı qətlə yetirən gənc tutulub. 

Bizim.Media xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib. 

Belə ki, iyunun 9-u saat 22 radələrində rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb. 

Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO