Yeni fərmanla Təhsil Nazirliyi hansı səlahiyyətləri əldə edib? - DETALLAR

Yeni fərmanla Təhsil Nazirliyi hansı səlahiyyətləri əldə edib? - DETALLAR

Hazırda oxunan: Yeni fərmanla Təhsil Nazirliyi hansı səlahiyyətləri əldə edib? - DETALLAR

78459

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən Təhsil Nazirliyinin həyata keçirdiyi funksiyalar artırılıb.

Fərmana əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək.

Bizim.Media-ya açıqlamasında sözügedən fərmanı dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirir ki, dəyişiklik prosesdə daha çevik qərarlar qəbul etməyə, dəyişikliklərə getməyə imkan verəcək addımdır:

“Təhsil Nazirliyi icra strukturudur və yuxarı dövlət orqanlarından gələn sənədləri yerinə yetirir. Amma bəzi hallarda operativ reaksiya və cavab verilməsi üçün nazirlik özü mütləq şəkildə qərar qəbul etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyinin səlahiyyətləri artırıldı


Hər gün dünyada və ölkədə baş verən dəyişikliklər məcbur edir ki, Təhsil Nazirliyi çevik qərarlar versin. Müəllimlərin etik davranış qaydaları sonuncu dəfə 2014-cü ildə qəbul edilib.

Nazirlik müəllimlərin davranışı, geyimi, cəmiyyətdəki mövqeyilə bağlı müəyyən dəyişiklik etmək istəyəndə bununla bağlı sorğunu Nazirlər Kabinetinə göndərir. Nazirlər Kabineti də qanundursa, onu Milli Məclisə göndərir, qərardırsa, özü 6-7 aydan 1 ilə qədər müddətdə cavab verir.

Nəticədə prosesin uzanması ilə çeviklik aradan qaldırılır. Müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsilə bağlı da hər il Nazirlər Kabinetinin qərarı olmalıdır. Təhsil Nazirliyi isə qaydalarda mütəmadi olaraq dəyişiklik, yenilik etmək istəyir.
Prezidentin fərmanından sonra isə bu tip vacib məqamlarda qərar qəbul etmək birbaşa nazirliyin öz səlahiyyətində olacaq. İl ərzində bir neçə dəfə imtahanların keçirilməsi, keçid balları, müsabiqə şərtləri, imtahanda iştirakçılıqla bağlı məsələlər birbaşa Təhsil Nazirliyinə aid məsələlərdir. Çevik qərarların verilməsi isə öz növbəsində keyfiyyətin də yüksəlməsinə şərait yaradacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO