SOCAR işçiləri tətil keçirəcək – “Səttar Mehbalıyev niyə susur?” - QALMAQAL

SOCAR işçiləri tətil keçirəcək – “Səttar Mehbalıyev niyə susur?” - QALMAQAL

Hazırda oxunan: SOCAR işçiləri tətil keçirəcək – “Səttar Mehbalıyev niyə susur?” - QALMAQAL

7841

“SOCAR “Bahar Enerji” Əməliyyat Şirkətində işçilərin maaşlarının gecikməsinə həddindən artıq savadsız və düşünülməmiş açıqlama verib. Açıqlamanı verən şəxs sadəcə sürüşkən cavab verib. Ödənişlərin “Azərkontrakt” ASC  şirkəti tərəfindən ödənilməsinin mətləbə nə dəxli var axı?”.

Bunu Bizim.Media-ya açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Neftçilərin maaşı 5 aydır verilmir – SOCAR-a müraciət edildi


Onun sözlərinə görə may ayından Bahar Enerji” Əməliyyat Şirkəti işçilərin maaşını vermir və bu məsələ həllini tapmır:

''Şirkətin hansı qanunları pozduğunu Rövnəq Abdullayevə ünvanladığım müraciət də qeyd etmişəm. İşçilər hələ bilmirlər ki, bütöv maaşlarını ala biliblər, ya yox...Onlara hissə-hissə 100, 60 və 50 manat maaş verilib. Bunun özü ən böyük qanun pozuntusudur. Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən Şirkət hər gecikdirilən əməkhaqqıya görə faiz ödəməlidir''.

''Tutaq ki, SOCAR “Azərkontrakt” ASC  şirkətini irəli verib, amma burada söhbət oktyabr, noyabr və dekabr maaşlarından gedir. Verilməyən maaşların hamısı ödənməlidir, özü də faizi ilə...''

QHT sədri işçilərin növbəti aksiyaya hazırlaşdıqlarını və tətil elan edəcəklərini istisna etməyib:

“Mütəmadi olaraq işçilərlə təmasdayam və hələ əməkhaqqı kartlarına pul köçürülməyib. Onlar növbəti aksiyaya hazırlaşır. Ola bilsin bir daha işəgötürənə müraciət etsinlər və xəbərdarlıqedici tətil keçirsinlər. Hətta aksiyaların əhatəsi genişlənə bilər. Müharibə və virusun psixoloji ağrıları ilə yüklənən işçi ailəsi ac olanda hər şeyə əl ata bilər. Ora strateji ərazidir və hər şey ola bilər”.

Hüquq müdafiəçisi sözügedən məsələdə cavabdeh qurumları ittiham edib:

''SOCAR “Bahar Enerji” Əməliyyat Şirkətində 20 faizə, “Greenfields Petroleum Corporationı” isə  80 faiz paya malikdir. İkisinin də canı çıxmalı və işçinin maaşını ödəməlidir. Bundan əlavə Əmək Məcəlləsinin 15-ci maddəsində Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti yer alıb. Dövlət Əmək Müfəttişliyi ümumiyyətlə reaksiya vermir. Bu müəssisəyə aid olan Həmkarlar Təşkilatı ictimai nəzarəti həyata keçirmir''.

''Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev əsnəməkdən başqa bir şey bilmir.  Azərbaycan Həmkarlar Təşkilatı Konfederasiyasının sədri Səttar Mehbaliyev susur. Heç düşünmürlər ki, bu insanların nə qədər hüquqları pozulur. Ona görə ki, qarınları, ailələri toxdur, əməkhaqqı da alırlar. Bəs neftçilərin qayğısına kim qalmalıdır? Ofis işçilərinin həddindən artıq yuxarı 5 mindən -40 minə qədər maaşları var. Məgər dövlət işçilərin yanında olmalı deyil?''

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO