Qusarda gecə ağır qəza - Yolda dayanan 3 nəfəri... - ÖZƏL 

Qusarda gecə ağır qəza - Yolda dayanan 3 nəfəri... - ÖZƏL 

Hazırda oxunan: Qusarda gecə ağır qəza - Yolda dayanan 3 nəfəri... - ÖZƏL 

78408

Qusarda gecə saatlarında baş verən qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya düşüb. 
Rayonun Gədəzeyxur kəndində kənd sakini Zaur İlahəddin oğlu Laçınovun idarə etdiyi "Vaz-21-07" markalı avtomobillə yolda dayanan 3 piyada vurulub.  

Bizim.Media xəbər verir ki, xəsarət alan İmamqulukənd sakinləri Tahir Qəhrəmanov, Həkim Yarəliyev və Əluxan Ağamuradov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan 56 yaşlı Tahir Qəhrəmanov cərrahiyyə, 65 yaşlı Həkim Yarəliyevlə Əlixan Ağamuradov isə reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Piyadaların hadisə zamanı sərxoş halda yolda olduqları deyilir. Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətinin rəhbəri Anjela Zalova yaralıların müalicəsinin davam etdirildiyini deyib.  
Hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsunin istintaq bölməsində cinayət işi açılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO