Xəyanətə uğramaq istəməyən qadın nələri bilməlidir? – Gülnar Orucovadan 5 QIZIL QAYDA

Xəyanətə uğramaq istəməyən qadın nələri bilməlidir? – Gülnar Orucovadan 5 QIZIL QAYDA

Hazırda oxunan: Xəyanətə uğramaq istəməyən qadın nələri bilməlidir? – Gülnar Orucovadan 5 QIZIL QAYDA

78405

Bu gün dünya gender bərabərliyindən danışır. Dünyanın bir parçası olan Azərbaycanda da bu məsələ daim müzakirə obyektidir. Bəs gender bərabərliyi ailə institutuna və milli dəyərlərimizə hansı mənfi təsirlər göstərir?

Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucova ilə həmsöhbət olduq. 

Gülnar xanımın fikrincə ailə institutunun qorunub inkişaf etdirilməsində məsuliyyət daha çox qadınların üzərinə düşür.

Əgər qadın istəyirsə ailəsi möhkəm, uzunömürlü olsun və ən başlıcası xəyanətə uğramasın onda bu 5 qızıl qaydaya əməl etməlidir:

1. Kişini daima kontrol etmək olmaz. Hara getdi, hardan gəldi, kiminlə danışdı... Belə şeylər kişilərdə qarşılıqlı etibarı sarsıdır.

2. Kişiyə həddən çox suallar vermək olmaz. Xüsusilə, kişi evə daxil olarkən diqqətli olun. Belə bir deyim var: “Kişilərin ağılı mədəsindən keçir”. Çalışın kişi qəlyanaltı etməyincə ona sual verməyin.

3. Kişini davamlı şəkildə günahlandırmaq olmaz. Ailədə hər kəsin müəyyənləşdirilmiş vəzifələri var. Məsələn, kişinin əsas vəzifəsi odur ki, evə pul gətirsin. Əgər kişi bunu edirsə, deməli qalan problemləri yoluna qoymaq qadının işidir.

4. Kişiyə davamlı olaraq eyni problemlərdən danışmaq olmaz. Hədə-qorxu gəlmək olmaz. Ay, bunu etməsən, mən gedəcəm, ay onu etməsən boşanacam və s. Bu kimi təzyiqlər kişilərə çox pis təsir edir və o artıq olacaqlara özünü hazırlayır.

5. Kişiyə gün ərzində tez-tez zəng eləmək olmaz. Məlumdur ki, mobil telefonla danışarkən bilmirsən ki, xəttin o başındakı adam hansı vəziyyətdədir, danışmaq imkanı varmı və ilaxır. Tez-tez və lüzumsuz edilən zənglər kişini təbdən çıxarır. Ailədaxilində gərginlik yaratmaqla yanaşı, kişinin iş rejimini və əhvalını pozur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO