Şimal bölgəsində arpa biçininə başlandı – FOTO  

Şimal bölgəsində arpa biçininə başlandı – FOTO  

Hazırda oxunan: Şimal bölgəsində arpa biçininə başlandı – FOTO  

78376

Siyəzəndə arpa biçininə start verilib. 

Bu barədə Bizim.Media-ya Siyəzən İcra Hakimiyyətindən məlumat verilib.  

Açıqlamaya görə, keçən il hektardan 25 sentner məhsul götürən fermerlər bu il məhsuldarlığın 25 sentnerdən çox olacağını deyirlər. Bu isə taxılın becərilməsi zamanı yağıntıların çox olması ilə əlaqələndirilir.  
Hazırda kombaynlar dislokasiya üzrə biçini itkisiz davam etdirir. Bu il rayonda 5648 hektar sahədə taxıl əkilib ki, bunun 2779 hektarı buğda, qalanı isə arpadır. 

Hələlik biçində texnika çatışmazlığı müşahidə olunmur.  

Siyəzən İcra Hakimiyyətindən təsərrüfat ilində taxıl əkən fermerlərin qarşılaşdıqları problemlər də açıqlanıb. Samur-Abşeron kanallndan suvarma suyunun az və vaxtında verilməməsi, Azot və Ammosof gübrələrinin olmaması, üstəlik "qara" bazarda baha satılması kəndliyə becərmə işlərində çətinlik yaşadıb. 

Səslənən problemlərin həlli üçün İcra Hakimiyyəti müvafiq qurumlara müraciət edib.  

Siyəzəndə rayonun Həmyə İnzibati Ərazi Dairəsinin Böyük Həmyə və Kiçik Həmyə kəndlərində də ötən gündən arpa biçininə başlanılıb. 
Siyəzən İH başçısının Həmyə İƏD üzrə mümayəndəsi Rahib Məmmədov Bizim.Media-ya ərazidə bu il 686 hektar sahədə taxıl əkildiyini, həmin sahənin 485 hektarında buğda, qalanında isə aroa əkildiyini deyib. 

Onun sözlərinə görə, bu mövsüm biçində texnika ilə bağlı problem yaşanmır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO