“Hafka”-nın dövlətə nə qədər borcu QALIB? – Vəkil AÇIQLADI

“Hafka”-nın dövlətə nə qədər borcu QALIB? – Vəkil AÇIQLADI

Hazırda oxunan: “Hafka”-nın dövlətə nə qədər borcu QALIB? – Vəkil AÇIQLADI

78319

Xəbər verildiyi kimi böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunan iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun məhkəmə işi onun xeyrinə yekunlaşıb.  

Hansı ki, Bakı Apellyasiya Məhkəməsinin pokuroru Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verərək onun həbsini tələb etmişdi.

Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilmişdi. Həmin müddət də bitib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Hafka"nın yenidən həbsi tələb olundu


Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli Bizim.Media-ya bildirib ki, hüquqlarını müdafiə edən şəxsin hələ də dövlətə borc öhdəliyi qalıb:

“Hardasa 800 minə qədər borc qalıb. Amma bu məsələ ilə bağlı cinayət işi açılmamalıydı. Ona görə ki, az ağır cinayət kateqoriyası idi. Borc isə 7 il əvvəl yaranıb. Müvəkkilimin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: “Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir.
 

Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz. İşə xitam verilməli idi. Bizim borcların hamısı 2017-ci ildən əvvələ aiddir.  


Bir sözlə ittiham irəli sürülməyən maddələr üzrə iş açılmışdı. Nəticə etibarilə məhkəmələr ədalətli qərar qəbul etdi və vəsadətləri təmin etmədi.

Xatırladaq ki, Hafiz Məmmədov bir neçə ay əvvəl açıqlamasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcundan 652 min manatını ödədiyini açıqlamışdı. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO