Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlanıb

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlanıb

Hazırda oxunan: Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlanıb

78313

Xəzərin Şüvəlan ərazisində 4 nömrəli Respublika Xüsusi internat məktəbinin  tədris işləri üzrə direktor müavini Yeganə Məmmədəliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi dərslik hazırlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirir ki, bu ilin sentyabrında ikinci sinif şagirdləri üçün dərsliklər işıq üzü görəcək:

“Eyni zamanda ikinci siniflər üçün iş dəfərləri də hazırlamışıq. Artıq üçüncü siniflər üçün də materiallar toplanır. Bu dərsliklər təkcə uşaqlar üçün deyil, eyni zamanda valideynlər üçün də asan olacaq” - Y.Məmmədəliyeva bildirib.

Uşaqların Müdafiəsi İdarəsinin rəisi Həbib Kərimovun sözlərinə görə, dərsliklər hazırlanmamışdan öncə işçi qrupu tərəfindən müxtəlif ölkələrin, Rusiya, Türkiyə, Avropa ölkələrinin təcrübəsi nəzərə alınıb:

“Hazırda çalışan müəllimlərin hər biri ibtidai sinif müəllimləridir. Onlar artıq uşaqların hansı materialı daha çox qavraya biləcəyi haqda məlumatlıdırlar. Eyni zamanda beynəlxalq təcrübəni də nəzərə alaraq sadələşmə prosesi aparmışıq”,- deyə H.Kərimov bildirib.

Qeyd edək ki, 4 nömrəli Respublika Xüsusi İnternat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Müəssisə 106 uşaq üçün nəzərdə tutulub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO