Qubada TƏLİM: Zəlzələ zamanı insanları necə təxliyə etməli? - FOTO

Qubada TƏLİM: Zəlzələ zamanı insanları necə təxliyə etməli? - FOTO

Hazırda oxunan: Qubada TƏLİM: Zəlzələ zamanı insanları necə təxliyə etməli? - FOTO

78282

Bu gün Qubada Rayon İcra Kakimiyyətinin Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirdiyi mülki müdafiə təlimində zəlzələ, uçqun, sel və digər fövqəladə halllarda baş verən hadisələrdə əhalinin necə köçürülməsi yollarından bəhs edilib.

Bizim.Media xəbər verir ki, təlimdə Quba RİH-in, DTX-nin rayon şöbəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, aidiyyatı qurum və təşkilat rəhbərləri, FHN-nin Mülki Müdafiə Baş İdarəsinin rəhbərliyi, nazirliyin audiyyatı qurum rəhbərləri, Quba Fövqəladə Hallar Komissiyasının və Mülki Müdafiə Qərargahının üzvləri iştirak edib.

Təlimin rəsmi hissəsində Quba RİH başçısı Ziyəddin Əliyev və FHN-in Mülki Müdafiə Baş İdarəsinin rəisi, general-mayor Nizam Zamanov mövzu ətrafında geniş çıxış edərək fövqəladə hallarda çox vacib amil olan insan faktorundan və onların təxliyəsi məsələsindən danışıblar.

Bildirilib ki, bunun üçün yerlərdə insanların maarifləndirilməsi məsələsi çox vacibdir. Ziyəddin Əliyev bu  vacib məsələnin yaşayış məntəqələrində davamlı iş aparıldığını və işlərin davam etdirilməsinin vacibliyini önə çəkib.

Sonra iştirakçılar rayonun Vladimirovka kəndində əyani olaraq hadisələr zamanı insanların necə köçürülməsinin şərti təlimini izləyiblər.

FHN-in Mülki Müdafiə Baş İdarəsinin əməkdaşları və bölgədəki aidiyyatı qurum nümayəndələri insanları təhlükəsuz necə xilas etmələrini nümayiş etdiriblər.

Qeyd edək ki, FHN-in Mülki Müdafiə Baş İdarəsinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə  "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı müliki müdafiə orqan və qüvvələrinin təşkili” mövzusunda keçirdiyi mülki müdafiə təlimi Quba rayonu üçün çox aktual hesab edilib.
Rayonun iqlim və relyefinin   təbii hadisələrə meylli olması əhalinin bu istiqamətdə maarifləndirilməsi məsələsini həmişə gündəmdə saxlayır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO