Bakıda qadına qarşı əxlaqsız hərəkət edən şəxs SAXLANILDI - VİDEO

Bakıda qadına qarşı əxlaqsız hərəkət edən şəxs SAXLANILDI - VİDEO

Hazırda oxunan: Bakıda qadına qarşı əxlaqsız hərəkət edən şəxs SAXLANILDI - VİDEO

78280

Xəbər verildiyi kimi paytaxtın Gənclik metrosu ərazisində kişinin gənc qadına qarşı əxlaqsız hərəkət etdiyi əks olunan videogörüntü yayılmışdı. İddiaya görə, xanım yol gedərkən kişi qadının ətəyini qaldıraraq ona qarşı əxlaqsız hərəkət edib.

Həmin şəxs ətrafdaki insanlar tərəfindən kənarlaşdırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında əxlaqsız hərəkəti ilə ictimailəşən şəxsin saxlanıldığını bildirib:

“Paytaxtın Nərimanov rayonu ərazisində qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub. Nərimanov Rayon Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb. Məlum ki, Rasim Səfərovun üçüncü qrup əliliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərəkəti ilə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb”.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO