Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.
Bizim.Media xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilir.
O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub.
Cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İş baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bizim.Media