Əri cəkiclə başından vurdu və 5 gün sonra... - YENİLƏNİB - FOTO

Əri cəkiclə başından vurdu və 5 gün sonra... - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Əri cəkiclə başından vurdu və 5 gün sonra... - YENİLƏNİB - FOTO

78233

Xəbər verdiyimiz kimi, iyunun 1-də Xızı rayonu ərazisində Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevanın baş nahiyəsinə küt alətlə çoxsaylı xəsarətlər yetirib, nəticədə  o, iyunun 5-də xəstəxanada ölüb. 

Bizim.Media qətlin təfərrüatını araşdırıb.

Qətllə nəticələnən ailə mübahisəsi Xızı rayonunun Yeni Yaşma qəsəbəsində baş verib. 

Xızı rayon mərkəzi xəstəxanasından əldə edilən məlumata görə, qadının xəsarət alması barədə informasiyadan sonra xəstəxananın təcili tibbi yardım briqadası yaralıya  yerində tibbi yardım edib və ağır vəziyyətdə olan qadın təcili yardım avtomobili ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq Bahar Mustafayeva iyunun 5-də  reanimasiya şöbəsində keçinib.

Yeni Yaşma sakinləri Bizim.Media-ya Əbülfət Əliyevlə mərhum Bahar Mustafayevanın birgə bir oğul, bir qız övladı olduğunu deyiblər.

Sakinlər ailəni münaqişəli ailə kimi tanımadıqlarını bildiriblər. Amma belə ağır hadisənin hansı səbəbdən baş verdiyi heç kimə məlum deyil.

Xızı rayon prokurorluğunda istintaq başlanılıb. Psixiatriya xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən Əbülfət Əliyevin arvadını hansı səbəbdən çəkiclə döyərək öldürməsinə hüquqi qiymət veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


***

İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 05 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xızı rayon prokurorluğu yayıb.

Mənbə qeyd edir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə  o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO