Tibb universitetindən “şortik qadağası” ilə bağlı AÇIQLAMA: “Tələbə istədiyini geyə bilməz” - FOTO

Tibb universitetindən “şortik qadağası” ilə bağlı AÇIQLAMA: “Tələbə istədiyini geyə bilməz” - FOTO

Hazırda oxunan: Tibb universitetindən “şortik qadağası” ilə bağlı AÇIQLAMA: “Tələbə istədiyini geyə bilməz” - FOTO

78213

“Bu qadağada qeyri-adi hal yoxdur. Bu təmamilə etik cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır”.

Bu sözləri Bizim.Media-ya Tibb Universitetinin mətbuat katibi Günel Aslanova universitetin kitabxanasında geyimlə bağlı qoyulan qadağaya münasibət olaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tibb universitetinə meyitlər xaricdən GƏTİRİLİR? – Anatomiya kafedrasının rəhbərindən AÇIQLAMA 


O, sosial şəbəkələrdə yayılan bu faktı təsdiqləyərək, addımı universitetin daxili nizam-intizamı adlandırıb:

“Hətta cəmiyyətdə, ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Burada təhsil müəssisəsidir daxili nizam-intizam qaydalarına uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik ölkələrində də ictimai, təhsil, iş yerlərində müəyyən “dress code”lara əməl olunur. Bir insanın azadlığı digərlərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə özü üçün hansısa geyimi məqbul hesab etməsi digərlərinin yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyini geyinsin deyə, digər tələbələrin də mövqeyini görməzdən gələ bilmərik”, - deyə G.Aslanova bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin kitabxanasının girişində tələbələrin narazılığına səbəb olan elan yerləşdirilib.

Elanda tələblələrin şort və maykada kitabxanaya gəlməsinin qadağan edildiyi qeyd olunub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO