Göygöldə avtomobil üzüm bağına girdi - YARALI VAR

Göygöldə avtomobil üzüm bağına girdi - YARALI VAR

Hazırda oxunan: Göygöldə avtomobil üzüm bağına girdi - YARALI VAR

78186

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində minik avtomobilinin sürücüsü idarəetməni itirib və yol kənarında yerləşən üzüm sahəsindəki maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Q.Qasımov ağır xəsarətlər alaraq Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO