Bakıda Peşələr Festivalı keçirildi - “Öyrən, Əylən, Peşəni seç!” - FOTO/VİDEO

Bakıda Peşələr Festivalı keçirildi - “Öyrən, Əylən, Peşəni seç!” - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda Peşələr Festivalı keçirildi - “Öyrən, Əylən, Peşəni seç!” - FOTO/VİDEO

78154

Bu gün "Qış parkı"nda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Peşələr Festivalı baş tutub. 

Bizim.Media xəbər verir ki, 15 may tarixində Şamaxı şəhərində start verilən festivalın bağlanış mərasimi Bakıda keçirilib. 

Festivalda millət vəkilləri, iş adamları və digər ictimai şəxslər iştirak ediblər. İncəsənət xadimləri sevilən ifaları ilə festivala rəng qatıblar.

Azərbaycanın 10 bölgəsini (Şamaxı, Sumqayıt, Lənkəran,Şirvan, Şəki, Mingəçevir, Bərdə, Qaza, Gəncə, Bakı) əhatə edən festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçirilib. 2000-dən çox gənc festivalda iştirak edib.
Qeyd edək ki, “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Bizim.Media

 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO