DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət etdi

DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət etdi

Hazırda oxunan: DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət etdi

78147

Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. 

Bu barədə Bizim.Media-ya İdarədən məlumat verilib. 

Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir:

MÖVZU İLƏ BAĞLI:

DYP-dən vətəndaşlara MÜRACİƏT


“Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Eyni zamanda, rayonlardan paytaxta ərzaq və kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin nəzərinə çatdırılır ki, həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir. 
Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO