Formula 1 trası boyunca mənzillər kirayə verilir – ŞOK QİYMƏTLƏR 

Formula 1 trası boyunca mənzillər kirayə verilir – ŞOK QİYMƏTLƏR 

Hazırda oxunan: Formula 1 trası boyunca mənzillər kirayə verilir – ŞOK QİYMƏTLƏR 

78142

Formula 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalıb. 

Bu tədbir təkcə Beynəlxalq yarış deyil, həm də mədəni-kütləvi aksiyadır. Ona görə də paytaxt sakinləri bu tədbirə həvəslə qoşulurlar. Yarışların təşkil edildiyi küçə və prospektlərdə yaşayan sakinlər müxtəlif maraqlı təkliflərlə çıxış edirlər. 

Bizim.Media-nın apardığı araşdırmalar nəticəsində məlum olub ki, sakinlər mənzillərinin eyvanlarını ənənəvi olaraq bu dəfə də yerli və xarici azarkeşlərə icarəyə verməyə hazırlaşırlar. İcarə qiymətləri isə yerindən və göstərilən xidmətlərdən asılı olaraq dəyişir. 

Eyvanlardan bir neçə saatlıq tribuna kimi istifadə üçün qiymətlər 150-200 manat aralığındadır. Bəzi eyvanlar 500 manata qədər təklif olunur.

Bundan başqa əgər azarkeş çay, kofe və yaxud qəlyanaltı istəyərsə, qiymətlər adambaşına 50 manata qədər qalxır.

Yarışların keçirildiyi küçələrdə yaşayan paytaxt sakinlərinin bir qismi isə mənzillərini icarəyə də verirlər. İcarə haqları saat və gün hesabı ilə aparılır. Beləki, mənzillərin bir neçə saatlıq icarə qiyməti 300 manatdan başlayır. 24 saatlıq mənzilin icarə haqqı isə 500-1000 manat arasında dəyişir. 3 günlük icarə haqqı isə 2000-3000 min manat civarındadır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO