Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs CƏRİMƏLƏNDİ 

Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs CƏRİMƏLƏNDİ 

78120

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Xidmət rəsmisi Vaqif Cavadov yayıb.

Araşdırma zamanı bəlli olub ki, ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident tapşırıq verdi - Qanunsuz parklanma yeri söküldü


Vaqif Cavadov qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verib:

“Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib".

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
Bundan sonra dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, həmin ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO