Məşhur şahmatçımıza vəzifə verildi - FOTO

Məşhur şahmatçımıza vəzifə verildi - FOTO

Hazırda oxunan: Məşhur şahmatçımıza vəzifə verildi - FOTO

78109

Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Bizim.Media xəbər verir ki, qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova Kompleksə direktor təyin edilib.

39 yaşlı qrossmeyster bu postda Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO